Ukrayna Rusiyanın təşkil etdiyi hücumlarda 40 əsgərinin öldüyünü açıqlayıb. SİA xəbər verir ki, Ukrayna prezidentinin müşaviri 24 fevral sübh saatları başlayan hücumlarda 40 əsgərin öldüyünü, onlarla əsgərin yaralandığını bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında hücumlarda 8 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir: “50 rus işğalçısı öldürüldü, 7 Rusiya təyyarəsi vuruldu, 4 tankı məhv edildi”.
Rusiyanın hədəf aldığı bölgələrdən biri olan paytaxt Kiyevdə günorta saatlarında yenə partlayış səsləri eşidilib. Yerli vaxtla saat 04:50-dən sonra Kiyevdə, həmçinin Xarkov, Kramatorsk, Mariupol, Nikolayev və Odessa şəhərlərində ardıcıl partlayışlar olub.
Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov əlində silah tuta bilən hər bir vətəndaşı ölkəsini müdafiəyə çağırıb. O, sosial mediadan ölkənin tam müdafiə vəziyyətinə keçdiyini bildirərək deyib: “Əli silah tutmağa hazır hər kəsi Regional Müdafiə Mərkəzlərinə çağırıram. Silahı təhvil almaq üçün pasport təqdim etmək kifayətdir”.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Valeri Zalujnı Belarus vilayətindən ölkəsinə 4 ballistik raketin atıldığını söyləyib.
Ukrayna Silahlı Qüvvələrindən həmçinin bildirilib ki, Luqansk rayonunda Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumatda Ukraynanın Rusiya təyyarəsini vurduğu iddiası təkzib edərək bildirilib: “Donbasa qarşı xüsusi hərbi əməliyyat ölkədəki mülki əhali üçün təhlükə yaratmır.
Ukraynada hərbi infrastruktur, hava hücumundan müdafiə sistemləri, hərbi hava limanları və hava qüvvələri yüksək dəqiqlikli silahlarla zərərsizləşdirilib.
Ukraynaya qarşı hərbi müdaxilədə silahı yerə qoyan mülki əhali və hərbçilər hədəf alınmır.
Ukrayna ordusunun bəzi hissələrinin geri çəkilib.
Ukrayna ordusunda silahlarını yerə qoyan bölmələrin mövqeləri hücuma məruz qalmır.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov sözügedən mövzu ilə bağlı deyib: “Donbasda Rusiya ordusunun dəstəyi ilə əks-hücum başlayıb. Rayonun dinc şəhərlərini Ukrayna ordusu bombalamağa davam edir. Mülki əhali arasında itkilər var. Hazırda (qondarma) Donetsk Xalq Respublikası və (qondarma) Luqansk Xalq Respublikası Rusiya ordusunun köməyi ilə əks hücuma keçib.
Ukraynada Rusiyaya məxsus “Su-25” qırıcı təyyarəsi pilotların səhvi uzündən qəzaya uğrayıb. Pilot təyyarəni atma kreslosu ilə tərk edərək xilas olub.
Ukraynada 4 pilotsuz uçuş aparatını və 1 vertolyotu vurmuşuq.
Ukraynada Ukrayna Silahlı Qüvvələrinin 74 infrastruktur obyekti, o cümlədən 11 aerodromu məhv edilib.
Hücumlarda Ukrayna Hərbi Dəniz Donanmasına məxsus dəniz bazası və 3 komanda məntəqəsi, həmçinin “S-300” və “Buk-M1” hava hücumundan müdafiə sistemlərinin 18 radiolakasiya stansiyası dağıdılıb”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralı 24-ü sübh saatlarında Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB