Ukraynanın Ankaradakı Səfirliyi Türkiyəyə müraciət etdi

Ukraynanın Ankaradakı səfirliyindən Türkiyəyə dəstək çağırışı...
Ukraynanın Ankaradakı Səfirliyi Türkiyəyə müraciət etdi

Ukraynanın Ankaradakı Səfirliyi Türkiyəyə dəstək müraciəti edib. SİA-nın əldə etdiyi məlumata görə, Səfirliyin sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələr yer alır: "Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Dinc Ukrayna şəhərləri bombalanır. Strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqının bu çətin zamanda bizə dəstək olmasını istəyirik".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə