Polşa: “NATO-nun şərq cinahı təcili olaraq gücləndirilməlidir”

Polşa: “NATO-nun şərq cinahı təcili olaraq gücləndirilməlidir”

Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə NATO-nun şərq cinahının dərhal gücləndirilməsi barədə çağırış edib. SİA-nın əldə etdiyi məlumata görə, Polşanın hökumət rəhbərliyinin sözçüsü Piotr Müller bu barədə açıqlama verib: “NATO-nun şərq cinahı təcili olaraq gücləndirilməlidir. Belə qərarlar zamanıda qəbul edilməlidir”. Müller həmçinin qeyd edib ki, Polşa Ukraynadakı diplomatik nümayəndəliklərinin fəaliyyəti davam edəcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna böhranından sonra Polşaya əlavə 3000 hərbçi çəlb olunması barədə göstəriş verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə