Rusiya Belarus sərhədinə hücum edib

Rusiya Belarus sərhədinə hücum edib

Ukrayna Dövlət Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada Ukraynanın Rusiya və Belarus sərhədindən hücuma məruz qaldığı bildirilib. SİA xəbər verir ki, hücumda sərhəd qoşunları və keçid məntəqələri artilleriya, ağır texnika və yüngül silahlarla hədəf alınıb. Bu hücumlar Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində baş verib. Digər tərəfdən sosial mediada paylaşılan görüntülərdə rus tanklarının Senkivka-Velesivka bölgəsində sərhədi keçdiyi görülüb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə