Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyata başlamasından sonra paytaxt Kiyevdə fəallıq başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhərin müxtəlif yerlərindən partlayış səsləri ilə yanaşı siqnal səsləri də eşidilib. Bir çox insan öz avtomobilləri ilə şəhəri tərk etməyə çalışdığı üçün magistral yollarda sıxlıq yaranıb. İnsanlar yanacaqdoldurma məntəqələri və bankomatların qarşısında da növbəyə düzülüb.
Ukrayna prezidenti Vladimir Zelenski hərbi vəziyyət elan edərkən vətəndaşları evdə qalmağa çağırıb. Rusların hücumundan sonra Kiyev sakinlərinin bir hissəsi şəhəri tərk etməyə başlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB