Ukraynanın hava hücumundan müdafiə sistemi 5 Rusiya təyyarəsini və 1 helikopteri vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna Luqanskda 5 rus təyyarəsi və 1 rus helikopterini vurduğunu açıqlayıb. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri açıqlamada, Rusiya ordusunun ölkənin şərqindəki əsgərlərini intensiv bombalamağa başladığını açıqlayıb. Hərbçilər raket hücumlarının Kiyev yaxınlığındakı Borispol hava limanı da daxil olmaqla bir sıra digər hava limanlarına da edildiyini bildiriblər. Açıqlamada Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın hücumuna cavab verdiyi və dəf etdiyi vurğulanıb. Digər tərəfdən ordu cənubdakı Odessa şəhərində rus paraşütçülərin olması ilə bağlı xəbərləri təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB