Türkmənistan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusu alıb

Türkmənistan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusu alıb

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Cenevrədəki mənzil-qərargahında ÜTT Baş Şurasının növbəti iclası zamanı yekdilliklə Türkmənistana müşahidəçi statusunun verilməsi barədə qərar qəbul edilib.

SİA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkənin bu statusu alması Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına kömək etmək, onun xarici ticarətdə mövqeyini möhkəmləndirmək, çoxtərəfli əməkdaşlığı həyata keçirmək, xaricdən investisiya cəlb etmək və beynəlxalq ticarət əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır. Bu, kommersiya və ticarət strategiyalarının işlənib hazırlanmasına, o cümlədən onların uğurla həyata keçirilməsinə də aiddir.

Qeyd edək ki, hazırda 164 dövlət ÜTT-nin üzvüdür, 24 ölkə bu təşkilatda müşahidəçi statusuna malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə