Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Beynəlxalq Hava Limanı 2021-ci ildə beynəlxalq sərnişindaşımada dünyanın ən işlək hava limanı olub.
SİA xəbər verir ki, bu tendensiya koronavirus pandemiyasına baxmayaraq, ardıcıl səkkizinci ildir ki, qorunub saxlanılır.
Ötən il sərnişin dövriyyəsi 2020-ci ilə nisbətən üç milyon nəfər (12%) artaraq 29,1 milyon olub.
Qeyd olunur ki, Dubayda Ümumdünya Ekspo 2020-nin keçirilməsi ilə əlaqədar bu hava limanı yeni aviaşirkətlər üçün birləşdirici nöqtəyə çevrilib.
Ötən il hava axını gözlənilən şkalanı yarım milyon sərnişin üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB