Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı diplomat Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Tyorven Belmanla söhbət edib.

Qeyd edək ki, söhbətin təfərrüatları barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə