Türkiyə hökuməti Yunanıstana nota verdi

Türkiyə hökuməti Yunanıstana nota verdi

Türkiyə hökuməti Yunanıstan Sahil Mühafizəsinin Türkiyə vətəndaşlarını yaraladığı hadisə ilə bağlı Yunanıstanın Türkiyə Səfirliyinin müşaviri ilə əlaqə saxlayaraq etiraz notası verib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 22-də Sakız adasının şimalındakı Karaburunun qərbində Yunanıstan sahil mühafizəçiləri Türkiyənin “Baba Oğul” və “Esila Liya” adlı balıqçı qayıqlarına atəş açıb, nəticədə “Baba Oğul” gəmisində bir vətəndaş yaralanıb.

Yunanıstanın Türkyədəki Səfirliyinin müşaviri hadisə ilə bağlı 23 fevralda Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Yunanıstan tərəfinə Egey dənizində Türkiyə balıqçılarına qarşı qeyri-mütənasib güc tətbiqinə etiraz bildirilərək nota verilib, Egeydə gəmiçilik azadlığını pozaraq balıqçı gəmilərinə müdaxilə və təcavüzün bir daha təkrarlanmaması istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə