BMT-nin baş katibi Rusiyanın daimi nümayəndəsi ilə əlaqə saxlayıb
Fevralın 22-də BMT-nin baş katibi Antoniu Quterreş Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya ilə söhbət edib.
SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"Baş katib ilə cənab Nebenzya arasında dünən təmas olub", - deyə S.Cüjarrik bildirib.
BMT baş katibinin ofisindən həmçinin bildirilib ki, Ukraynanın şərqində təmas xəttinin hər iki tərəfində humanitar vəziyyət dəhşətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB