Bayden:“Bunun nəticəsi Rusiya üçün ağır olacaq"

Bayden:“Bunun nəticəsi Rusiya üçün ağır olacaq"

“Bunun nəticəsi Rusiya üçün ağır olacaq".

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

Bayden qondarma Donetsk və Luqansk xalq respublikalarını tanıyan Rusiya prezidenti Vladimir Putinin bölgəni ələ keçirmək istədiyini bildirib.

Bayden “Bu, işğalın başlanğıcıdır. Putin birbaşa Ukraynanın mövcudluq hüququna hücum etdi. Rusiya qlobal sülh və sabitliyi təhdid edir" deyib.

Rusiyanın 2 böyük maliyyə şirkətinə sanksiya tətbiq etdiklərini, Putinə yaxın adamlara da sanksiya tətbiq edəcəklərini qeyd edən Bayden “Rusiya hücumlarını davam etdirərsə, bunun nəticəsi ağır olacaq və biz sanksiyaları artıracağıq" deyib.

Rusiya ilə döyüşmək niyyətində olmadıqlarını, ancaq NATO torpaqlarını qoruyacaqlarını qeyd edən Co Bayden ABŞ-ın Baltikyanı ölkələrdəki əsgərlərini artıracaqlarını, Ukraynaya müdafiə silahları verməyə davam edəcəklərini bildirib:

"Ən pis ssenarini dəyişdirmək üçün hələ vaxt var".

Bütün xəbərlər Facebook səhifəmizdə