Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.
SİA bu barədə rus mətbuatına istinad edir.
Zelenski bildirib ki, o, Ukrayna ordusuna ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman verib.
"Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda yekunlaşdırmalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm", - dövlət başçısı ukraynalılara müraciətində deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB