Türkiyə prezidenti Qvineya-Bisau səfərini ləğv etdi

Türkiyə prezidenti Qvineya-Bisau səfərini ləğv etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qvineya-Bisauya fevralın 23-nə planlaşdırılan səfərini ləğv etdi.

SİA-nın əldə etdiyi məlumata görə, Ərdoğan onlayn keçiriləcək NATO Liderlər Zirvə Toplantısına Afrikadan qatılacaqdı.

Qvineya-Bisau səfərini təxirə salan Türkiyə prezidenti 22 fevral axşamı Seneqaldan vətənə geri qayıdır.

Xatırladaq ki, R.T.Ərdoğan Afrika səfəri çərçivəsində fevralın 21-də Konqo Demokratik Respublikası, oradakı görüşlərindən sonra isə Seneqala getmişdi. Türkiyə prezidenti 3 ölkəni əhatə edən Afrika turunun 3-cüsünü – Qvineya-Bisau səfərini təxirə salmaq məcburiyyətində qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə