İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz edənlər saxlanıldı
İrəvan polisi Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə etiraz olaraq keçirilən aksiyanın ondan çox iştirakçısını saxlayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, saxlanılanlar polis bölməsinə aparılıb. Etirazçılar “Daşnaksütyun” Gənclər Assosiasiyasının üzvləri olub. Mitinq paytaxtın mərkəzində yerləşən “Armenia Marriott” otelinin qarşısında keçirilib.
Qeyd edək ki, azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün fevralın 21-i İrəvana səfər ediblər. Onların səfərinə etiraz olaraq İrəvanda “Zvarnots” beynəlxalq hava limanına aparan yolu bağlamışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB