Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 183-ə yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, keçən həftə Rio-de-Janeyronun dağlıq bölgəsi Petropolisdə meydana gələn sel və torpaq sürüşmələrindən sonra hələ də axtarış-xilasetmə işləri davam etdirilir. Həyatını itirənlərin sayı 183-ə yüksəlib, 85 nəfər itkin düşüb.
Xatırladaq ki, Petropolisdə fevralın 15-də yağan güclü yağışlar səbəbindən rayonun bir çox yerində torpaq sürüşmələri baş verib.
Əyalətin valisi (qubernatoru) Klaudio Kastro (Claudio Castro) hadisəni “bölgədə 1932-ci ildən bəri ən güclü yağış” adlandırıb.
Çoxlu sürüşmə nəticəsində onlarla evin dağıldığı Petropolisdə bütün fevral ayı boyu gözlənilən yağış cəmi 6 saat ərzində düşüb ki, bu da sel fəlakətinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB