"DXR" və "LXR"-in tanınması beynəlxalq hüquqa ziddir

"DXR" və "LXR"-in tanınması beynəlxalq hüquqa ziddir

Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı qondarma “DXR” və “LXR” tanınmasının beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulması olduğunu bildirib. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Leyen bu barədə öz rəsmi "Twitter" səhifəsində yazıb.

"Aİ və onun tərəfdaşları Ukrayna ilə həmrəylik göstərərək, birlik və qətiyyətlə cavab verəcək", - o, bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə