BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclası fevralın 22-i saat 06:00 təyin edilib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT yanında daimi nümayəndəliyindəki mənbə məlumat verib.
Qərb ölkələrindən birinin nümayəndə heyətindəki mənbənin sözlərinə görə, tədbir Albaniya, Böyük Britaniya, İrlandiya, Meksika, Norveç, ABŞ, Ukrayna və Fransanın təşəbbüsü ilə çağırılır.
Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Greenfield bildirib ki, Təhlükəsizlik Şurası "Rusiyadan Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi tələb etməlidir". Onun sözlərinə görə, Moskvanın qondarma "Donetsk və Luqansk Xalq Respublikalarının" müstəqilliyini tanıması İkinci Dünya Müharibəsi dövründən etibarən mövcud olan “beynəlxalq nizamı təhdid edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB