Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bulağa çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 1 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB