Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü minilliyin Afrika əsri olacağını bəyan edib və "Afrikalı qardaş və bacılarımıza gələcəyi birlikdə qurmağı təklif edirik"-deyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Afrika səfərinin Konqo Demokratik Respublikasından sonra ikinci dayanacağı Seneqala gedən Ərdoğan paytaxt Dakardakı Leopold Sedar Senghor hava limanında Seneqal prezidenti Maki Sal (Macky Sall) tərəfindən qarşılanıb.
Dakarda təşkil edilən Seneqal-Türkiyə İş Forumunda iştirak edən Ərdoğan burada etdiyi çıxışında deyib: "400 milyon dollarlıq ticarət həcmi hədəfinə çatdıq. Seneqal ilə indi hədəfimiz 1 milyard dollardır. İnanıram ki, qısa zamanda bu rəqəmə də çatacağıq.
Xüsusilə, “istehsal əsasında qazan-qazan” prinsipi ilə inkişaf etdiriləcək əməkdaşlıq kanalları bütün bölgəyə fayda verəcək.
Türkiyənin özünəməxsus uğuru ilə həyata keçirdiyi bir iqtisadiyyat və inkişaf modeli var. Yeni növ koronavirus (Covid-19) epidemiyası dövründə baş verənlər Türkiyə iqtisadiyyatının gücünü göstərdi: biz prosesi problemsiz idarə etdik.
Uğurla tamamlanan “Afrikaya açılma” siyasətimiz 2013-cü ildə “Afrika ilə tərəfdaşlıq” siyasətinə çevrildi. Bu istiqamətdə afrikalı dostlarımızla birlikdə layihələr həyata keçiririk.
Üçüncü minillik Afrika əsri olacağı üçün biz hazırlıqlarımızı gücləndirməliyik. Afrikalı qardaş və bacılarımıza gələcəyi birlikdə qurmağı təklif edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB