Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb

Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb

Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bundan əlavə Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə