İsrail Kiyevdəki səfirliyini Lvova köçürür

İsrail Kiyevdəki səfirliyini Lvova köçürür

İsrail Ukraynadakı səfirliyinin fəaliyyətini Kiyevdən Lvova köçürür, israillilər yenidən evlərinə qayıtmağa çağırılır. SİA xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“İsrailin Kiyevdəki səfirliyinin fəaliyyəti Lvova köçürülür. Bu gün Xarici İşlər Nazirliyində keçirilən vəziyyətin qiymətləndirilməsi və bir sıra xarici mənbələrlə məsləhətləşmələrdən sonra İsrailin xarici işlər naziri Yair Lapid Kiyevdəki səfirliyin əməkdaşlarına göstəriş vermək qərarına gəlib. Ukraynadakı səfirlik bu ölkənin qərbində yerləşən Lvov şəhərində açılan konsulluğa köçəcək”, – deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə