Rusiyanın muzdlu “Vaqner” dəstəsi Cufra hava bazasına yerləşir

Rusiyanın muzdlu “Vaqner” dəstəsi Cufra hava bazasına yerləşir

Liviyanın cənub-şərqindəki Cufra şəhərinin mülki ərazilərində yerləşən Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin muzdluları Cufra hava bazasına yerləşməyə başlayıb. SİA-nın əldə etdiyi məlumata görə, Mərkəzi qərargahı paytaxt Tripolidə yerləşən Liviya əl-Əhrar televiziyasının xəbərində Vaqnerə bağlı muzdluların 4 gün əvvəl Cufranın mülki bölgələrini tərk etməyə başladığı qeyd edilib.

Xəbərdə muzdluların tərk etdiyi obyektlər arasında kondisioner və soyutma institutu, şəhərin su anbarı, inzibati mərkəzlər, tikinti sahələri və Veddan-Sirte magistral yolunda yerləşən hərbi qərargahın da olduğu bildirilib.

Çıxma əməliyyatının davam etdiyinə diqqət çəkilərək, hərbi texnika təchizatının davamlı olması üçün bəzi strateji məntəqələrin boşaldılmadığı qeyd edilib.

Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri dekabrın 12-də verdiyi açıqlamada ölkədə Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinə bağlı 7 mindən çox muzdlu əsgərin olduğunu bildirib.

2019-cu ildən Liviyada mövcud olan Vaqnerə bağlı muzdlular Kufra ilə yanaşı şərqdə Sirtdə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə