Pekin Qış Olimpiya Oyunları başa çatıb

Pekin Qış Olimpiya Oyunları başa çatıb

Pekin Qış Olimpiya Oyunlarının bağlanış mərasimi Milli Stadionun “Quş yuvası”nda keçirilib.

SİA xarici mətbuata istinadən bildirir ki, Pekin Qış Olimpiadasının əsas məşəli olan “Böyük qar dənəciyi” Olimpiya Parkında 300 saatdan çox alovlandırıldıqdan sonra Milli Stadionun “Quş yuvası”nda Pekin Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Mərasimlə 17 gün davam edən qış idman yarışları rəsmən başa çatdı. Qış Olimpiya Oyunlarına ev sahibliyi edən paytaxt Pekin dünyanın ilk “qoşa Olimpiya şəhəri”nə çevrilib. Bağlanış mərasimi 80 dəqiqə davam edərkən, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müəyyən etdiyi bir sıra mərasim proqramları ilə başlayıb və açılış kimi gözoxşayan şoularla davam edib. Qoşa Olimpiada şəhərinin bədii ifadəsi də bağlanış mərasimində diqqət çəkən məqamlardan biri oldu.
Pekin Qış Olimpiya Oyunlarında Norveç komandası 16 qızıl, 8 gümüş və 13 bürünc medalla birinci yeri, Almaniya komandası isə 12 qızıl, 10 gümüş və 5 bürünc qızıl medalla Olimpiadada ikinci yeri tutub. Çin yığması 9 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. Çin bu reytinqlə həm qızıl medalların sayını, həm də ümumi medal sayını rekord səviyyəyə çatdırıb.Çin komandası medal siyahısında üçüncü yeri tutub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə