ABŞ-ın Kaliforniya ştatında 12 ildir itkin düşən it sahiblərinə qovuşub. SİA xarici mətbuata istinadən bildirir ki, Stokton şəhəri yaxınlığında avtomobildən atılan Zoey adlı qoca və xəstə iti tapan insanlar vəziyyəti bildirmək üçün polisə müraciət ediblər. Zoeyi alan heyvan xidmətinin əməkdaşı itin mikroçipini skan edib və onun 2010-cu ildən itdiyini anlayıb. San Joaquin Şerif ofisindən verilən açıqlamaya görə, mikroçip şirkəti Zoeyni 2015-ci ildən etibarən ölülər siyahısına salıb. Zoeyin sahibi Mişel itinin 12 il sonra tapıldığını eşidəndə çox sevinib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB