ATƏT Donbassda atəşkəs rejiminə riayət etməyə çağırıb

ATƏT Donbassda atəşkəs rejiminə riayət etməyə çağırıb

Donbassdakı münaqişənin bütün tərəfləri ağır silahlardan istifadəni dayandırmalı və atəşkəsə riayət etməyə qayıtmalıdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ATƏT-in baş katibi Helqa Şmid özünün "Twitter" səhifəsində yazıb.

"Mən bütün tərəfləri ağır silahları təhlükəsizlik zonasından çıxarmağa, atəşkəsə riayət etməyə və dinc sakinləri qorumağa çağırıram", - deyə H.Şmid bildirib.

Baş katib qeyd edib ki, ATƏT müşahidəçiləri Minsk razılaşmaları ilə qadağan olunmuş ağır silahlardan istifadənin intensivləşməsini qeydə alıblar: "Dinc əhalinin həyatını təhlükəyə atmaq yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə