Fransanın BFMTV telekanalı Emmanuel Makronun bazar günü Rusiya lideri Vladimir Putinlə ikinci dəfə telefon danışığı apardığını iddia edib. SİA bu barədə rus mətbuatına istinad edir.
"Emmanuel Makron bazar günü yenidən Vladimir Putinlə telefonla danışıb", - deyə telekanal bildirib.
Söhbətin bir saat davam etdiyi qeyd edilir.
Bazar günü günortadan sonra Makron və Putin arasında başqa bir telefon danışığı da olub. Fransa mətbuatının məlumatına görə, söhbət 1 saat 45 dəqiqə davam edib. Fransa və Rusiya Prezidentləri telefon danışığı zamanı Ukrayna üzrə üçtərəfli işçi qrupunun yaxın saatlarda görüşünün təşkili üzərində işləmək barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB