Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb

Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət fonunda prezident seçkilərində namizədliyini irəli sürməyi fevralın son həftəsinə qədər təxirə salıb.

SİA-nın əldə etdiyi mənbənin sözlərinə görə, Makronun namizədliyini gələn həftə, fevralın 26-da Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlamazdan əvvəl və ya onun açıldığı gün rəsmən irəli sürəcəyi güman edilirdi, lakin Ukraynada vəziyyətin pisləşməsi bu planları dəyişib.

“Emmanuel Makron fevralın 28-dək özünü prezidentliyə namizəd kimi elan etməyəcək”, – nəşr yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə