Polşa və ABŞ birgə təlimlər keçirir

Polşa və ABŞ birgə təlimlər keçirir

Polşanın cənub-şərqində ABŞ və Polşanın birgə təlimləri başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak özünün "Twitter" səhifəsində yazıb.

"Həftəsonu 18-ci Mexanikləşdirilmiş Diviziyanın ("Dəmir Diviziya") əsgərləri Polşanın cənub-şərqində ABŞ Ordusunun 82-ci Hava Desant Diviziyasının əsgərləri ilə birgə təlimlərə başlayıblar.

Biz ardıcıllıqla NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndiririk", - deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə