ABŞ səfirliyi Rusiyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
ABŞ-ın Moskvadakı səfirliyi amerikalılara Rusiyada mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi diplomatik missiyanın rəsmi saytında məlumat yerləşdirilib.
“KİV-in məlumatına görə, iri şəhərlərdə, o cümlədən Moskva və Sankt-Peterburqda, Rusiyanın Ukrayna ilə sərhədi boyunca yerləşən ərazilərdə ticarət mərkəzləri, dəmir yolu və metro stansiyaları, insanların sıx toplaşdığı digər yerlərə hücum təhlükəsi var”, məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB