Yablanitsa gölü qurumaq təhlükəsi ilə üzləşib

Qeyd edək ki, Yablanitsa gölü Neretva çayı üzərində 13 kvadratkilometr sahəsi olan süni göldür
Yablanitsa gölü qurumaq təhlükəsi ilə üzləşib

Bosniya və Herseqovinanın mərkəzində yerləşən Yablanitsa gölü qurumaq təhlükəsi ilə üzləşib. SİA-nın əldə etdiyi məlumata görə, göldə suyun səviyyəsinin kəskin azalması ekosistemin yox olmaq təhlükəsi və balıqların kütləvi tələf olacağı ilə bağlı narahatlıqları artırıb.

Bəzi ekspertlər gölün suyunun azalmasının hər il baş verən təbii proses olduğunu bildirirlər. Bunun səbəbi kimi hava şəraiti, quraqlıq və elektrik enerjisinə tələbatın artması göstərilir. Lakin göldə suyun səviyyəsində adətən yay aylarında azalmalar müşahidə olunur. Bu prosesin fevral ayında baş verməsi isə ciddi narahatlıq yaradır.

Qeyd edək ki, Yablanitsa gölü Neretva çayı üzərində 13 kvadratkilometr sahəsi olan süni göldür. Dərinliyi 70-80 metr olan göl müxtəlif növ balıqlarla zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə