Türkiyə Afrika ölkəsinə 1 milyon dozadan çox peyvənd göndərəcək

Türkiyə Afrika ölkəsinə 1 milyon dozadan çox peyvənd göndərəcək

Türkiyə Konqo Demokratik Respublikasına 1 milyon ‘Sinovac’ və 100 min doza TURKOVAC peyvəndi göndərəcək.

SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konqolu həmkarı Feliks Tşisekedi ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib.

O, qeyd edib ki, peyvəndlər Türkiyə Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə Konqo Demokratik Respublikasına göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə