Yunanıstanda baş verən gəmi faciəsində daha bir nəfərin cəsədi tapılıb

Yunanıstanda baş verən gəmi faciəsində daha bir nəfərin cəsədi tapılıb

Yunanıstanda alovlanan gəmidə xilasetmə işləri davam edərkən bir nəfərin daha cansız cəsədi tapılıb. SİA xarici mətbuata istinadən bildirir ki, ötən gün İtaliya bayrağı altında üzən “Euroferry Olympia” Ro-ro gəmisində yanğın baş verib. Xilasetmə qrupları gəmidə yanmış yük maşınının içərisindəki bir adamın cansız bədənini çıxarıb.

Ehtimal olunur ki, gəmidə biletsiz səyahət edən sərnişinlər də var, ona görə də həlak olanların sayı 11-dən çoxdur.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə