Böyük Britaniyada bəzi məhdudiyyətlər ləğv edilir

Böyük Britaniyada bəzi məhdudiyyətlər ləğv edilir

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək.

SİA-nın məlumatına görə, bazar ertəsindən etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq.

Baş nazir Boris Consonun “COVID-19 ilə yaşamaq strategiyası”na əsasən virusa yoluxanlar artıq karantində qalmayacaqlar.

Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlansa da Baş nazir fevralın sonuna qədər məhdudiyyətləri ləğv etməyə qərar verib.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə