Prezident seçkilərində daha iki namizəd qeydə alınıb

Prezident seçkilərində daha iki namizəd qeydə alınıb

Türkmənistanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində daha iki namizədi qeydə alıb.

SİA xəbər verir ki, bu barədə MSK-nın saytında məlumat yayılıb.

Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının baş həkimi, Milli Qenqeş Məclisinin deputatı (parlamentin aşağı palatası – red) Qurbanov Berdimammet Xanməmmədoviç və Lebap vilayətinin maliyyə-iqtisadi orta ixtisas təhsili müəssisəsinin direktoru Begenjov Perhat Quvanchquliyeviç müvafiq namizədlik sertifikatları alıblar.

Fevralın 14-də MSK ilk olaraq hazırkı Prezidentin oğlu, parlament sədrinin müavini vəzifəsini tutan Serdar Berdiməhəmmədovun namizədliyini təsdiqləyib. Fevralın 16-da isə Aqrar Partiyasının namizədi Ağacan Bekmiradov seçki marafonuna qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com