Stoltenberq: “Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır”

Stoltenberq: “Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır”

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya qarşı hücuma hazırlaşdığını bildirib.

SİA-nın xəbərinə görə, Baş katib bu açıqlama ilə Almaniyanın ARD televiziyasına müsahibəsində çıxış edib.

“Bütün əlamətlər göstərir ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücuma hazırlaşır” – deyə baş katib iddia edib.

NATO-nun İnformasiya xidməti bildirib ki, təşkilatın Kİyevdəki əməkdaşları Lvov və Brüsselə köçürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə