Kalın: “Türkiyə üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək”

Kalın: “Türkiyə üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək”

Ukrayna probleminin həlli üçün dialoq və diplomatiyaya üstünlük verilməli, gərginlik azaldılmalı, qarşılıqlı gərginliyin azaldılması üçün addımlar atılmalıdır.

SİA-nın yerli bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O qeyd edib ki, Ankara bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək.

Kalın, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqların davam etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə