Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılışı olacaq “1915-ci il Çanaqqala körpüsü” ilə bağlı paylaşım edib. SİA-nın əldə etdiyi məlumata görə, o, sosial media hesabından yazıb: "Bu gün “1915-ci il Çanaqqala körpüsü”ndə çalışan və inşasında böyük əməyi olan gənclərimizin həyəcanını paylaşırıq. Artıq Türkiyənin simvollarından birinə çevrilən bu möhtəşəm əsərin açılışını 26 fevralda hamımız birlikdə edəcəyik”.
Ərdoğanın video-paylaşımında Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun telefonundan işçilərə səsləndiyi məqamlar da yer alır: "Xahiş edirəm, bütün dostlara ən səmimi salamlarımı və sevgilərimi çatdırın. İnşaallah, şənbə günü (26 fevral) bu möhtəşəm əsərin açılışını reallaşdıracağıq. Mən podratçı şirkətlərə də şəxsən öz və millətimin adından ən səmimi duyğularla salam və sevgilərimi göndərirəm. Sağlıqla qalın."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB