Türkiyə ordusu İraqın şimalında bir gündə 13 terrorçunu zərərsizləşdirib
Son 24 saat ərzində Türkiyə artilleriyasının endirdiyi zərbələr nəticəsində İraqın şimalında öldürülən PKK terrorçularının sayı 13-ə çatıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə məlumatl Türkiyə Millli Müdafiə Nazirliyi yayıb.
Daha əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB