Argentinada meşə yanğınları nəzarətdən çıxıb

Argentinada meşə yanğınları nəzarətdən çıxıb

Argentinanın şimal-qərbindəki Korrientes əyalətində təxminən 800 min hektar ərazi meşə yanğınları nəticəsində məhv olub.

SİA xəbər verir ki, ölkənin Milli Kənd Təsərrüfatı Texnologiyaları İnstitutunun (INTA) açıqladığı hesabatda əyalətin ərazisinin 9 faizini alov bürüdüyü bildirili, 785 238 hektar ərazi yanıb.

Yanğınlar ölkənin şimal-şərqində flora və faunaya əhəmiyyətli təsir göstərib.

Xeyli sayda heyvan yanaraq tələf olub və ya tüstüdən zəhərlənib.

Yanğınsöndürmə qrupları alovla mübarizəni davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə