Polşa hakimiyyəti Ukraynaya əlavə müdafiə silahları verməyə hazırdır.
SİA TASS-a istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Münhendə Polşa televiziyası tərəfindən yayımlanan brifinqdə deyib.
Polşanın Ukraynaya yeni silah tədarükünə hazır olması ilə bağlı sualı cavablandıran Polşa hökumətinin başçısı, “biz əlavə müdafiə silahlarını təhvil verməyə hazırıq. Bu silahlar ərazilərin və şəhərlərin Rusiya qoşunlarının təcavüzündən müdafiəsinə xidmət etməlidir”-deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB