ABŞ və Fransanın baş diplomatları Ukraynanı müzakirə edib

ABŞ və Fransanın baş diplomatları Ukraynanı müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransanın xarici işlər naziri Jan-İv Le Drianla görüşüb.

SİA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.

Görüş zamanı Rusiya ilə diplomatik əməkdaşlıq, habelə Ukraynaya müdaxilə halında Qərbin potensial sanksiyalarını müzakirə edilib.

İki ölkənin xarici işlər nazirləri NATO müttəfiqləri, Böyük Yeddiliyin (G7) üzvləri və digər tərəfdaşların böhrana cavab olaraq davam edən diplomatik və çəkindirmə səyləri barədə fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə