Ukraynanın şərqində Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dördü isə yaralanıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin mətbuat xidməti "Facebook" hesabında məlumat yayıb.
"Açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dörd hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibb müəssisələrindədir”, - deyə gündəlik hesabatda bildirilir.
Birləşmiş Qüvvələrin komandanlığı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB