"Yunis" qasırğası Polşanı vurub, 2 nəfər ölüb

"Yunis" qasırğası Polşanı vurub, 2 nəfər ölüb

Polşada təsirli olan “Yunis qasırğası” səbəbindən 2 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən bildirir ki, Qərbi Avropada öz təsirini göstərən “Yunis” qasırğası Polşanı da vurub. Ölkənin şimal-qərbindəki Babi Dvor qəsəbəsində yolda olan avtomobilin üzərinə ağacın düşməsi nəticəsində sürücü hadisə yerində ölüb. Polşanın şərqindəki Miedzyrzec Podlaski şəhəri yaxınlığında ağacın avtomobilinin üzərinə aşması nəticəsində daha bir sürücü ölüb. Qasırğa nəticəsində yüzlərlə binanın damı uçub, minlərlə ağac uçub.

Qeyd edək ki, qasırğanın vurduğu ziyana görə ölkə daxilində təxminən 194 min ev təsərrüfatının işıqsız qalıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə