Türkiyədə zorakılıq hadisəsində 57 tibb işçisi zərər çəkib

Türkiyədə zorakılıq hadisəsində 57 tibb işçisi zərər çəkib

Türkiyədə yanvar ayı ərzində tibb işçilərinə qarşı törədilən zorakılıqlarla əlaqədar hesabat yayımlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanvar ayında 30 zorakılıq hadisəsində 57 tibb işçisi zərər çəkib. 30 zorakılıq hadisəsindən 24-nə xəstələr və onların yaxınları səbəb olub. 68 hücumçudan 17-si həbs edilib. Sağlamlıq qurumunun rəsmisi Semih Durmuş bunları deyib: “İlk növbədə hər hansı iti, deşici və ya yaralayıcı əşyalarla sağlamlıq müəssisələrinə asanlıqla daxil olmasının qarşısı alınmalıdır. Bundan əlavə, zorakılıq edənlərin cəzaları artırılmalı, “hökmün elanının təxirə salınması”, “yaxşı davranışın azaldılması” kimi cəzaları gecikdirən və ya yüngülləşdirən müddəalar ləğv edilməlidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə