Braziliyada baş verən sel və sürüşmə fəlakətində can itkisinin 136-ya yüksəldiyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Braziliyanın Rio-de-Janeyro əyaləti Petropolisdə baş verən daşqın və sürüşmə fəlakətində balans getdikcə ağırlaşır.
Mülki Müdafiə qruplarının verdiyi son açıqlamada təbii fəlakətdə həyatını itirənlərin sayının 136-ya yüksəldiyi, 218 nəfərin isə itkin düşdüyü bildirilib. Çoxlu sayda helikopter, qazıntı maşınları, axtarış itləri və 500-dən çox yanğınsöndürənlərin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətli şəxslər tərəfindən dünən edilən xəbərdarlıqlarda da şəhərdə sürüşmə riskinin hələ də olduğu və vətəndaşların diqqətli olması bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB