Ukraynanın şərqindəki separatçı Donetsk şəhərindən dinc əhalinin Rusiyaya təxliyyəsinə başlanılıb. SİA xarici mətbuata istinadən bildirir ki, son günlər Donbas bölgəsində qarşılıqlı ittihamların artması Rusiyanın mümkün işğalı ilə bağlı narahatlıqları artırıb. ABŞ və NATO-nun "Rusiya işğal üçün bəhanə axtarır" və "yalançı bayraq əməliyyatı təşkil edəcəyi" iddialarından sonra Donbas bölgəsindən qorxulu xəbərlər gəlməyə başlayıb.
Ukraynanın şərqindəki Luqanksda Rusiyanın dəstəklədiyi separatçı qruplar Ukrayna ordusunu dünən iki minaatan hücumu ilə hədəf aldığı iddia edib.
Qeyd edək ki, son 24 saat ərzində rusiyayönlü separatçıların atəşkəsi 60 dəfə pozduğu və bir Ukrayna əsgərinin yaralandığı açıqlanıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB