Sibirdə qəribə çuxurlar aşkar edilib

Sibirdə qəribə çuxurlar aşkar edilib

Sibirin Yamal yarımadasında tapılan sirli nəhəng çuxurlar mübahisələrə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, on metrlərlə dərinlikdə olan və doldurduqları su ilə krater gölə çevrilən bu çuxurlar həm yerli əhali, həm də dünya üçün böyük təhlükədir. Təsadüfən aşkar edilən bu çuxurlardan çıxanlar böyük bir fəlakətə səbəb ola bilər.

Bu günə qədər Sibirdə Yamal yarımadasında 17 nəhəng krater aşkar edilib. Bütün aşkar edilmiş kraterlər adətən helikopter uçuşları zamanı və ya maral çobanları tərəfindən təsadüfən tapılıb. Son tapılan kraterin eni təxminən 20 metr, dərinliyi isə 52 metrdir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə