Böyük Britaniya öz vətəndaşlarına Belarusa getməmək barədə xəbərdarlıq edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi məcburi səfərlər istisna olmaqla, Belarusa getməməyə çağırıb.
Açıqlamada Belarusun Yelsk, Mazır, Reçitsa, Luninets, Qomel, Asipoviç, Baranoviç və Brest şəhərlərinə səfər etməmək barədə xəbərdarlıq yer alıb.
“Ötən aydan başlayaraq Rusiya qüvvələrinin Ukrayna sərhədlərində, o cümlədən Belarusla sərhəddə toplanması hərbi əməliyyat təhlükəsini artırıb”, – bəyanatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB