Yanvar ayı 1984-cü ildən bəri Kaliforniyada ən quraq ay olub.
SİA-nın əldə etdiyi məlumata görə, yağış və qarın olmaması ABŞ-da son yarım əsr ərzindəki rekord quraqlığa səbəb olub.
Milli Ekoloji Məlumat Mərkəzinin klimatoloqları yaxın üç ayda güclü yağışların olmayacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, rəsmi məlumatlara görə, quraqlıq Kaliforniyanın 99,57 faizinə mənfi təsir edib. Yağıntısız hava şəraiti ABŞ-da su ehtiyatlarını tükəndirir, meşə yanğınları riskini artırır və temperaturun yüksəlməsinə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB